Şou-biznes

Azərbaycanlı məşhur: "Elə böyük günahlarım olub ki, istəmirəm uşaqlarım bunu təkrarlasınlar"

28 Sentyabr 2014 15:14
4 Şərh     Baxış: 3 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kaş ki, 15 yaşımdan namaz qılaydım"

Anspress-in məlumatına görə, tanınmış meyxanaçı Ağamirzə bu sözləri ANS TV-nin "Bazar səhəri Rövşanə ilə" proqramında səsləndirib.

Meyxanaçı Rövşanə Ağasəfqızının "Həyatda hansı səhvlərinizə görə peşmanlıq hissi keçirirsiz?" sualını belə cavablandırıb:

"Vaxtilə mənim elə böyük günahlarım olub ki, istəmirəm uşaqlarım bunu təkrarlasınlar. Buna görə də öyüd-nəsihət verməliyəm uşaqlarıma. Həyatda çox səhvlərim olub. 40 yaşdan sonra buna son qoymuşam. Bacardığım qədər günah işlətməməyə çalışmışam. 50 yaşı haqlamışam, çox şükür ki, gec də olsa, ağlım başıma gəlib. Heç vaxt spirtli içki içməmişəm. Amma digər günahlarım olub".

Ağamirzə 3 şeyi həyatının səhvi adlandırıb: "Ən çox namaza gec gəlməyimə, ali təhsil almamağıma və xarici dillər öyrənməməyimə heyfsilənirəm. Kaş ki, 15 yaşından namaza gələydim. Bunlar mənim həyatımın səhvləridir!"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.