Cəmiyyət

AST Telmandan tanınmış teleaparıcıya zərbə

28 Sentyabr 2014 13:47
13 Şərh     Baxış: 19 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
AST şirkətlər qrupunun prezidenti, yəhudi əsilli azərbaycanlı iş adamı Telman İsmayılov həbsdə olan tanınmış teleaparıcı-falçıya qahmar çıxmayıb.
 
Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, AST Telman dələduzuq ittihamı ilə həbs edilən "Speys" ("Space") kanalının aparıcısı, psixoloq-falçı İlham Mirzəyevin müdafiəsinin qurulmasında iştirak etməyib. Teleaparıcının arxasından çəkilən iş adamı hətta adının onunla bir yerdə hallanmasını belə istəmir.
 
İ.Mirzəyev ATS Telmanın Türkiyədə olan məşhur "Mardan Palas" ("Mardan Palace") otelində dincəlib, iş adamından hədiyyələr alıb. Psixoloq həbs edildikdən sonra ümid edib ki, AST Telman ona sahib çıxacaq və həm hüquqi, həm mənəvi baxımdan dəstək verəcək. Amma rəsmi dövlət nəşri olan "Xalq qəzeti"ndə Mirzəyevin həbsinin ertəsi günü, onun AST Telman və Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla əlaqələri barəsində dərc edilən məqalə hər şeyə son qoyub. Rusiyada yaşayan hər iki şəxs onlar üçün sıradan bir dələduzluq hadisəsinə görə tutulan adamın işində adlarının çəkilməsinə görə narahat olublar. Xüsusilə də AST Telman İ.Mirzəyevdən yaxasını kənara çəkib.
 
Xatırladaq ki, sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində İ.Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.