Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Əgər haqqımda nəsə danışırlarsa..."

22 Oktyabr 2014 02:00
1 Şərh     Baxış: 2 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Teleaparıcı Vüsalə Şahvəliqızının Milli.Az-a müsahibəsi.

- Vüsalə xanım, bir xeyli müddət ANS telekanalında çalışdınız. Kifayət qədər də sevilən aparıcılardansınız. Niyə iş yerinizi dəyişdiniz? Bir telekanaldan digərinə keçməyinizə səbəb nə oldu?

- Bu barədə uzun-uzadı danışmaq istəmirəm. Belə məsləhət idi.

- Öz istəyinizlə getdiniz, yoxsa işdən çıxarıldınız?

- Getmək qərarını özüm verdim. Hər şey öz istəyimlə oldu.

- Sizcə, hal-hazırda karyeranızın yüksəliş dövrünü yaşayırsınız, yoxsa "devriliş"?

- Mənim indi dərdim başımdan aşır. Barəmdə danışıb özümü reklam etmək istəmirəm.

- Qardaşınız qızıyla bağlı nə yenilik var? İndi necədir?

- Hələ ki, elə bir irəliləyiş yoxdur. İlk ximya vurulub. Qan verənlər də olub. İki dəfə qan köçürdüblər. Müalicə davam edir.

- Allah şəfa versin! Sosial şəbəkələrdə köməklə bağlı dostlarınıza müraciət etmişdiniz. Səsinizə səs verənlər oldu?

- Bəli, özümə görə, işimə görə yanlarında hörmət qazandığım insanlar var. Köməklərini məndən əsirgəmirlər. Allah onların hamısından razı olsun!

- Müqavimətiniz güclüdür, yoxsa müvazinətiniz?

- Deyərdim ki, müqavimətim daha güclüdür.

- Nəyə qarşısınız?

- Həmişə böhtana, pisliklərə, xəstəliklərə qarşı olmuşam. Bundan sonra da olacağam.

- Bəs özünüz hansı sağalmaz "xəstəliyə" tutulmusunuz?

- Mənə Allah dərd verəndə çarəsini də verib. Mən həmişə güclü olduğum üçün hər bir şeyin öhdəsindən gələ bilmişəm. Ən azından belə deyirlər.

- Haqqınızda başqa nə deyirlər?

- Onu mən deyə bilmərəm. Əgər haqqımda nəsə danışırlarsa, demək ki, hələ həyatda yaşayıram.

- Hansı prinsiplərlə yaşayırsınız?

- Hal-hazırda çox fikirliyəm. Düşüncələrimi bir yerə cəmləyə bilmirəm. Ona görə də hal-hazırda hansı prinsiplə yaşadığımı heç özüm də deyə bilmərəm.

Cavidan Abdullayev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.