Şou-biznes

Röyanın yeni eşq macərası: təzə aşiqin məmur oğlu olduğu deyilir - YENİLƏNİB

27 Sentyabr 2014 21:50
19 Şərh     Baxış: 19 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:50

Müğənni Röyanın məmur oğlu ilə eşq macərası yaşaması haqda mətbuatda çıxan xəbərlərə qarşı tərəf münasibət bildirib.
 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin mətbuat katibi Türkan Məmmədli yazılanlarla bağlı bunları deyib:
 

"Yayılan məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Əslində Röya da, biz də bu cur şayiələrə öyrəşmişik. Röyanın atdığı ən xırda addım xəbər olur. Onun haqda hətta ailəli olduğu vaxtlar da bu cür həqiqətə uyğun olmayan söz-söhbətlər yayılırdı. İndiki zamanda belə şayiələrin yayılması təəccüblü deyil. Bəli, Röya həyat yoldaşından ayrılıb. Amma buna hər hansı eşq macərası səbəb olmayıb. Münasibətlərinə son qoymaqlarına sırf ailə daxili münasibətlər səbəb olub. Röya ilə həyat yoldaşı nikahlarını sivil qaydada pozublar. Aralarında qarşılıqlı hörmət bu gün də davam edir. Bu xəbər doğru deyil. Yalnız Marmarislə bağlı hissəsində həqiqət payı var. Röya sözügedən şəhərə gedib, amma oraya sənət dostu Zamiq Hüseynovla yollanıb. Özüdə şəxsi deyil, ümumi şərnişin təyyarəsi ilə...".
 

Qeyd edək ki, bu gün qafqazinfo.az saytı müğənni Röyanın məmur oğlu ilə eşq macərası yaşadığı haqda xəbər yayıb. Məlumatda bildirilir ki, həyat yoldaşı Anar Cəlilovdan ayrılan Röya artıq özünə yeni sevgili tapıb:
 

"Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı ilə bağlı məlumatlar yayılıb. Əldə etdiyimiz məlumata görə, Marmarisdə yerləşən tanınmış otellərdən birinə istirahətə gedən cütlüyü bu səfərə xüsusi təyyarə aparıb.
 

Sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsinə mənsub olduğu və ailənin bu münasibətdən xəbərdar olmadıqları bildirilir. Əks halda konservativ dəyərlərə malik məmurun oğlunun bu münasibətinə qarşı çıxacağı qeyd olunur. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə görə ondan icazə alır".
 

--------
14:58


Marmarisdə yerləşən tanınmış otellərdən birinə istirahətə gedən cütlüyü bu səfərə xüsusi təyyarə aparıb

Azərbaycanın məşhur pop müğənnisi Röya Ayxanın özünə yeni sevgili tapdığı haqda xəbərlər yayılıb. Bu barədə "Qafqazinfo"ya olduqca ilginc məlumatlar daxil olub.

Məlumata görə, bir müddət öncə həyat yoldaşı, iş adamı Anar Cəlilovla boşandıqları haqda xəbərlər yayılan ifaçının bu ayrılığı səbəbsiz deyilmiş, sənətçinin başqa birinə aşiq olduğu üçün evliliyinə son qoyduğu deyilir.
 

Bildiyiniz kimi, Azərbaycanda "Çuda peçka" mağazalar şəbəkəsi ilə tanınan ailə oğlanları Anarın Röya ilə evliliyinə qarşı çıxsa da, Anar ailəsindən imtina edərək ifaçı ilə evlənmişdi. Qalmaqallı prosesdən sonra məşhur iş adamının oğlu ilə ailə quran Röyanın bu evlilikdən bir oğlu var.
 

Xoşbəxt ailə tablosu yaradan cütlüyün evliliyi uzun çəkmədi. Onların ayrılıq səbəbi açıqlanmasa da, Röyanın artıq özünə yeni sevgili tapdığı iddia olunur. Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı ilə bağlı məlumatlar yayılıb. Əldə etdiyimiz məlumata görə, Marmarisdə yerləşən tanınmış otellərdən birinə istirahətə gedən cütlüyü bu səfərə xüsusi təyyarə aparıb.
 

Sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsinə mənsub olduğu və ailənin bu münasibətdən xəbərdar olmadıqları bildirilir. Əks halda konservativ dəyərlərə malik məmurun oğlunun bu münasibətinə qarşı çıxacağı qeyd olunur. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə görə ondan icazə alır.
 

Qeyd edək ki, məmur oğlunun kimliyi bizə məlum olsa da, müəyyən səbəblərdən adını açıqlamağı məqsədəuyğun saymırıq. Həmin şəxsin kimliyinin yaxın günlərdə mediada açıqlanacağı isə şübhə doğurmur.

Yayılan məlumatla bağlı Röyanın mövqeyini dərc etməyə hazırıq.

Röyanın prodüseri Kənan Bayramov isə publika.az-a deyib ki, müğənninin məmur oğlu ilə sevgili olmağı barədə yazılan xəbərlər həqiqəti əks etdirmir.

Prodüser belə xəbərlərə görə mətbuatı qınayıb: "Belə şeylərə görə Azərbaycan mətbuatını oxumuram. Kimin ağlına nə gəldi, yazır. Xalam oğlu belə dedi, dayım oğlu filan şey danışdı, hamısını götürüb yazırlar. Bu nə birinci, nə də sonuncu dəfə deyil".


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.