Şou-biznes

Azərbaycanlı müğənnidən oğurluq ittihamına CAVAB: "1989-cu ildə..." - VİDEO

23 Sentyabr 2014 17:52
16 Şərh     Baxış: 5 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Musa Musayev mahnı oğurluğunda ittiham olunmasına münasibət bildirib
Milli.Az xəbər verir ki, sənətçi publika.az-a açıqlamasında "Təbriz" mahnısının ona aid olmamağı ilə bağlı yazılanları yalan adlandırıb: ""Təbriz" mahnısını 1989-cu ildə Rusiyanın Sverdlovsk şəhərində yazmışam. Mahnının sözləri cənubi azərbaycanlı şairə Hökumə Billuriyə aiddir, musiqisi mənə. Mənim "Şəhidlər", "Vətən oğlu", "Əyil, bu torpağın sinəsindən öp" kimi silsilə vətənpərvərlik mahnılarım var. Həmçinin yüzlərlə mahnıların bəstəkarıyam. Kiminsə mahnısını oğurlamağa ehtiyacım yoxdur. Bunlar, sadəcə, gülünc və boş söhbətlərdir".
 
Qeyd edək ki, bu gün mətbuatda Musa Musayevi məşhurlaşdıran "Təbriz" mahnısının "Təbriz" ansamblının rəhbəri Cənnət Əliyevə məxsus olmağıyla bağlı xəbər yayılmışdı.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.