Şou-biznes

Aygün Kazımova: "Sevgilim xaricdə yaşayan azərbaycanlıdır"

19 Sentyabr 2014 17:57
14 Şərh     Baxış: 4 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Aygün Kazımova yenidən şəxsi həyatı ilə bağlı açıqlama verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, xalq artisti "ATV maqazin" verilişinə açıqlamasında xoşbəxt olduğunu bildirib:

"Üzümdən, gözümdən xoşbəxtlik yağır. İstəmirəm bu sevgi bitsin, bu sevginin uzun müddətli olmağını istəyirəm. İstəyirəm ki, son sevgim olsun. Sevib ayrılmaq böyük stress yaşadır, hamısı da tamaşaçıların gözü qarşısında olur. Evli də oldum, bərabər də yaşadıq, amma xoşbəxt olmadım və sonu ayrılıq oldu. Bu sevgi bütün varlığımı əhatə edib.

Sevgilim xaricdə yaşayan iş adamıdır. Bakıda olan konsertlərimə vaxt tapsa, gələcək. Sevgilim azərbaycanlıdır, müsəlmandır. O şəxs sənətimə olan sevgimi artırıb. Məni dəstəkləyir, mənimlə qürur duyur. Bu vacibdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.