Şou-biznes

Oksana hindliləri gözəlliyi ilə susdurdu

18 Sentyabr 2014 14:47
3 Şərh     Baxış: 3 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hazırda Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" yarışmasında iştirak edən rəqqasə Oksana Rəsulovaya qarşı digər iştirakçılar narazılıqlarını bildiriblər
Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  onlar sənətçinin istedadının olmadığını və hər həftə gözəlliyi səbəbindən toxunulmaz qaldığını deyiblər. Bu haqda sosial şəbəkədə rəqqasə özü yazıb. "Bu şouda artıq 7 həftədir ən çox sms səsi olan iştirakçı seçilirəm. Digər iştirakçılar müsahibələrində bildiriblər ki, "biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur" söyləyən rəqqasə onlara cavab verib:

"Kim mənim barəmdə nə deyirsə, qoy danışmağa davam etsin. Onların söylədikləri heç bir məna daşımır. Mənim üçün münsiflərin dedikləri əhəmiyyətlidir. Dostlar, məni səslərinizlə sonuncu həftədə qalib edin. O həmin paxıl iştirakçılar bilsinlər ki, Azərbaycanım mənimlədir. Var olun!"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.