Şou-biznes

İzzət Bağırov: "Onlar, vallah, bir vaxt bunun peşimançılığını çəkəcəklər"

17 Sentyabr 2014 18:17
8 Şərh     Baxış: 3 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kimlər İzzət Bağırovun qınaq obyektinə çevrildi?
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Düzünü desək" verilişində plastik əməliyyatlardan danışılıb. Verilişin qonaqları arasında müğənni İzzət Bağırov da yer alıb. Müğənni plastik əməliyyata üz tutan kişilər haqda bunları söyləyib:

"Mən pis baxmıram burnuna görə kompleks yaşayıb əməliyyata üz tutan insanlara. Mənim burnum xoşuma gəlməsəydi, gedib əməliyyat etdirərdim. İnsandır, başına tük əkdirmək istəyir, qoy əkdirsin. Nə var ki, burada?! Amma bu qırışları dartdırmaq, gel vurub dodaqları şişirtmək, bunları anlamıram.

Maşın sürəndə yanındakı maşına baxanda görürsən ki, maşını idarə edən qızın dodaqları az qala avtomobilin ön şüşəsinə yapışsın. Bədənlərinin müəyyən nahiyələrinə tatuaj etdirən insanlar çox böyük günaha batırlar. Baxırsan ki, cavan uşaqlardır, küçə ilə gedirlər, boynunun burasında, qolunda, orasında-burasında "nakolka". Onlar, vallah, bir vaxt bunun peşimançılığını çəkəcəklər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.