Şou-biznes

"Sən get keçmişinin dərdini çək, ay yazıq. Özün kim olmusan, ərin kim olub?!"

17 Sentyabr 2014 17:55
2 Şərh     Baxış: 8 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artisti Naibə Allahverdiyeva gözünü yumub, ağzını açıb. Aktrisa əsəblərini cilovlaya bilməyib
Milli.Az xəbər verir ki, mövqe.az-a danışan aktrisa arxasınca danışan insanlara ismarıcını çox sərt şəkildə yollayıb:

"Niyə bunlar Allahdan qorxmurlar? Çünki mən olan yerdə onlara qiymət verən yoxdu, olmayıb, olmayacaq da... Nəyə lazım bu qədər şər, böhtan?! Niyə Tanrıdan qorxub, murdar əməllərinizdən əl çəkmirsiniz?!Milçək bir şey olmasa da, ürək bulandırır. Həmin insan da elə dalca danışırlar. Amma bilmirlər ki, sənin də dostunun bir dostu var. Mənə hər şey gəlib çatır".

"Başa düşdüyüm qədər bu sözlər sənət yoldaşlarınızdan birinə ünvanlanıb" sualına isə aktrisa belə cavab verib:

"Mən onu sənət yoldaşı saymıram. Çünki sənətdə olan insan bu qədər murdar olmaz. O, sadəcə, səhnədədir, o da elə-belə. Onun haqqımda dediyi fikirlər cəmiyyət içərisində deyilə biləcək sözlər deyil. Ancaq həmin adama demək istəyirəm ki, sən get keçmişinin dərdini çək, gör özün kim olmusan, ailən kim olub...

Ən əsas da, ay yazıq, ərin kim olub?! Sonra get mənim arxamca nalayiq danış. Sən nəinki o dünyada, bu dünyada da cavab verəcəksən. Nə tökərsən aşına, o da çıxar qaşığına. Allah var göydə".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.