Şou-biznes

Aygün Kazımovanı əməliyyat edən həkim onu aldadıb

17 Sentyabr 2014 17:15
1 Şərh     Baxış: 2 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Aygün Kazımova plastik əməliyyatı ilə bağlı etiraf edib
Milli.Az axşam.az-ın məlumatına görə, müğənni "Düzünü desək" verilişinə açıqlamasında uğursuz əməliyyat etdirdiyini və buna görə depressiyaya düşdüyünü bildirib:

"Təbiətdən insanın özünün gözəlliyi olmalıdır ki, nəsə müdaxilə etdirəndə bir az da artıra biləsən. Başqa imicdə olmaq istədim, buna görə də dodaqlarımı şişirtdim. Sonra ondan bezdim, xilas olmaq qərarına gəldim. Çox çətin imiş. Neçə dəfə əməliyyatlar etdirdim. Daha sonra yanlış əməliyyat olundum. Həkim məni aldatdı. Nə qədər onu reklam etdim. Peşman oldum. Çünki yüzlərlə insan onun yanına getdi. Elə bir dərəcəyə gəlib çıxmışdım ki, onu öldürmək istəyirdim.

Halbuki, o türk həkim mənə nələr vəd etmişdi. Maraqlıdır ki, həmin həkim hələ də Azərbaycanda işləyir. Nə qədər insanları aldadır. Depressiyaya düşdüm, İstanbula getdim. Özümü heç kimə göstərmədim. Neçə dəfə ağır əməliyyatlar keçirdim, böyük ağrılar çəkdim. Amma bu problem aradan qalxmaya da bilərdi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.