Şou-biznes

Əməkdar artist: "Gərək erkən ailə qurmazdım"

17 Sentyabr 2014 16:32
0 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Zöhrə Abdullayeva "Solo" verilişində maraqlı açıqlamalar verib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəxsi həyatından, səhvlərindən və peşmançılığından danışıb:
 
"Bu yaşa qədər yanlış hərəkətim olmayıb. Bir-iki səhvə yol vermişəm. Deyirəm, gərək erkən ailə qurmazdım, buna görə neçə il səhnə həyatım itib. Amma Allah məni o biri tərəfdən xoşbəxt edib. Nəvələrimlə, oğlumla, gəlinimlə fəxr edirəm. İkinci səhvim isə o olub ki, dostumu-düşmənimi tanımamışam. Bəzi cılız insanlarla dostluq etmişəm".

Z.Abdullayeva onu yaşadan, gözəlləşdirən amilin xalqın sevgisi olduğunu bildirib:
 
"Ən çox qorxduğum şey xalqın sevgisini itirməkdir. "Youtube" kanalında bəzən haqqımda bir-iki mənfi rəy bildirirlər. Amma bilirəm ki, bunu tamaşaçı yazmır, cılız həmkarlarımdan birinin sifarişidir. Onu heç düşmən də saymıram. Bu, onun tərbiyə səviyyəsdir".

Qeyd edək ki, istirahətindən də danışan əməkdar artist daha çox Avropa ölkələrini gəzməyi xoşladığını söyləyib:
 
"Qışda tək olmağı xoşlayıram. Bundan zövq alıram, kitab oxuyuram. Yayda isə Riqa, Stokholm, Yurmala, London, Çexiya kimi yerləri gəzirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.