Şou-biznes

Rəqqasə Fatimə: "Buna görə peşman deyiləm" - FOTO

17 Sentyabr 2014 12:52
2 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Göyçək" ləqəbi ilə tanınan rəqqasə Fatimə Fətəliyevadan xəbər var

Milli.Az-a açıqlama verən tanınmış rəqqasə bildirib ki, noyabrda Hindistan və Türkiyədə iştirak edəcəyi festivalların hazırlıqlarına başlayıb:

"Mən, demək olar ki, bir çox şou əhli istirahət etdiyi zaman yaradıcılıq işlərimə start vermişəm. Bunun nəticəsində də yeni mövsümə "Qafqaz bloku" rəqsi ilə başladım. Düşünürəm ki, yaxşı da alındı. Çünki bu günə qədər bu rəqsi Azərbaycanda oynayan olmamışdı. Bu yay yetəri qədər istirahət etmədim.

Tələbələrimlə məşğul oldum. Buna görə peşman deyiləm. Çünki tələbələrimə nəsə öyrədirəmsə, bundan zövq alıram. Zamanında mən də müəllimlərimdən rəqsin sirlərini öyrənmişəm. Çox şükür ki, müəllimlərimdən bəhrələndiklərimi tələbələrimə də öyrədə bilirəm. İndi isə məni daha bir sınaq gözləyir. Noyabrda Hindistanda və Türkiyədə festivalda iştirak edəcəm. Artıq festivalda təqdim edəcəyim rəqslərin hazırlıqlarına başlamışam. Əsas diqqətimi də məhz həmin müsabiqəyə yönəltmişəm. Allahın köməyi ilə Azərbaycana yaxşı nəticə ilə dönəcəyimə inanıram".

Qeyd edək ki, F.Fətəliyeva noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivalda iştirak edəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.