Şou-biznes

Könül Kərimova şayiələrə aydınlıq gətirdi AÇIQLAMA - YENİLƏNİB

17 Sentyabr 2014 15:33
2 Şərh     Baxış: 3 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Könül Kərimova haqqında yayılan xəbərlərə münasibət bildirib


15:33

 

Sənətçi publika.az-a açıqlamasında bəstəkar Cabbar Musayevlə işbirliklərinin sona çatması barədə söhbətlərə aydınlıq gətirib: "Bu dəqiqə Cabbar müəllimlə Moskvadayıq, Azərbaycana qayıtmağa hazırlaşırıq. İşbirliyimizin bitməyindən söhbət getmir. O, çox hörmət etdiyim insan və əsl sənətkardır. İnşallah, bundan sonra da dostluğumuz və işbirliyimiz davam edəcək".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi saytlarda müğənni-bəstəkar işbirliyinin sona çatmasıyla bağlı xəbərlər yayılmışdı.

----------
12:01

İkili bu barədə "Starlife"a özəl açıqlama verib

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, yaradıcılıq gecəsi keçirmək arzusunda olan Cabbar Musayev solo ifa etmək fikrinə düşüb. Ona bu yolda həmkarı və duet ortağı Könül Kərimova da dəstək olub:

"Yaradıcılıq gecəsində mahnılarımı ifa edən müğənnilər də iştirak edəcəklər. İllərdir solo ifa etməyə cəsarət etmirəm. Ola bilsin planda olsun. Bundan sonra cəsarət edəcəm, ya yox bilmrəm", - Cabbar Musayev deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.