Şou-biznes

Kamil Zeynallı: "Qadın puluna yaşamaqdansa, oğurluq etmək yaxşıdır"

16 Sentyabr 2014 16:22
3 Şərh     Baxış: 5 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İdmançı Kamil Zeynallı "Düzünü desək" verilişinin qonağı olub
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zeynallı qadınların ona etdiyi təkliflərdən danışıb:

"Düzgün kişi qadın zəhməti hesabına yaşamaz. Qadın puluna yaşamaqdansa, oğurluq etmək yaxşıdır. Bu da qadının güvənsizliyindən irəli gəlir. Qadın öz gözəlliyinə, cazibədarlığına inansa, istədiyi kişini əldə edə bilər. Həyatda insan hər bir şeylə qarşılaşa bilər. Həyatda çox şeylə rastlaşmışam, çətinliklər görmüşəm.

Şəxsiyyətimi itirməmişəm ki, qadının təklif etdiyi pulla yaşayım. Qadınlar mənə pul təklif ediblər ki, onlarla yaşayım. Bu qadının başıboşluğundan irəli gəlir. Amma mən qəbul etməmişəm, mənim şəxsiyyətim var. Çətinliklə bu yerə gəlmişəm". 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.