Şou-biznes

Azərbaycanlı müğənni: "Qızımın atasının başqa övladları var" - FOTO

16 Sentyabr 2014 15:42
41 Şərh     Baxış: 13 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günel Ələkbərova "Evdəyik" verilişinin qonağı olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəxsi həyatından danışıb:

"Hamiləlik vaxtı bütün çəkilişlərdən imtina edib, evimdə oturdum. Mediadan gizli saxladım. Ona görə yox ki, kimlərdənsə çəkinirəm, yanlış addım atdım. Xeyr, qızım halallıqla dünyaya gəlib: hər ikimizin razılığı ilə, kəbinlə. Onun istəyi ilə qızımı kameralardan uzaq saxlayıram. Heç kimin şəxsi həyatına qarışmıram. Aramızda sevgi var idi.

Onsuz, heç vaxt uşaq xatirinə birlikdə ola bilmərdik. Bir nənəsi yanındadır. Onunla nəfəs alır. O biri istəmir. Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Ailəmin yanında pis iş görməmişəm. Allahdan başqa heç kimdən çəkinmirəm. Ayıb işim yoxdur ki, gizlədim. Mənim onun övladının biri ilə ünsiyyətim də var"...

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.