Şou-biznes

Teleaparıcı: "Xalq artisti gecə saat 12-də zəng edir ki..."

16 Sentyabr 2014 13:42
1 Şərh     Baxış: 11 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ANS-in aparıcısı Rövşanə Bektaşi "Günəbaxan" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Müğənnilər aparıcılara onları necə təqdim etməyi öyrədirlər" mövzusuna fikir bildirib:

"Dəfələrlə olub ki, hansısa məşhuru verilişimə dəvət edəndə səhnə arxasında aparıcıya diqtə ediblər: məni xalq artisti, gözəl sənətçi, şöhrət ordenli və s. çağır. Müğənninin sırf bu cür təqdimat istəməsini qəbul etmirəm. Çox olub ki, söz vermişəm, amma yerinə yetirməmişəm. Sənətçi başa düşməlidir ki, biz onu efirə çağırmışıqsa, demək, ona hörmət qoyuruq.

Hətta efirdə anons etmişəm ki, filan müğənnini verilişdə görəcəksiniz. Gecə səhərə kimi telefonum susmayıb. Xalq artisti gecə saat 12-də zəng edir ki, məni belə çağırarsan. Ona görə gecələr telefonumu söndürdüyüm vaxt da olub. İfaçını yalandan tərifləyə bilmərəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.