Şou-biznes

Qızı Rəqsanənin növbəti dəfə ana olmaq xəbərindən danışdı - YENİLƏNİB

16 Sentyabr 2014 15:15
17 Şərh     Baxış: 14 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun anası haqda dərc olunan xəbərə münasibət bildirib.


15:15


Aysun publika.az-a xəbəri nə təsdiq, nə də təkzib edib: "Bu barədə heç bir məlumatım yoxdur.

Qızı olsam da, onun belə işlərinə qarışmıram. Köməkçisi daha yaxşısını bilər".

Müğənnini köməkçisi Nərgiz xanım isə əməkdaşımızın zənglərini cavabsız qoyub.


----------
10:31

Müğənni Rəqsanə İsmayılova üçüncü dəfə ana olacaq


Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi süni mayalanma etdirmək üçün hazırda Türkiyədədir. Onun Türkiyənin məşhur klinikalarından birində bu proseduru etdirəcəyi bildirilir. Bu barədə müğənnini xəstəxanada görən şahidlər bildirib.
 
Qeyd edək ki, R.İsmayılovanın Yağmur Aysun adlı iki qız övladı var. Sənətçi özü isə bir neçə dəfə mətbuata açıqlamasında üçüncü dəfə ana ola biləcəyini istisna etməmişdi. Daxil olan məlumatla bağlı müğənninin mövqeyini öyrənməyə çalışırıq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.