Şou-biznes

Azərbaycanlı ekstrasens evləndi - VİDEO - FOTO

15 Sentyabr 2014 18:11
11 Şərh     Baxış: 12 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toy sentyabrın 13-də şadlıq evlərinin birində baş tutub

Parapsixoloq Həsən Həsrətli evlənib. Anspress-in məlumatına görə, toy sentyabrın 13-də şadlıq evlərinin birində baş tutub.

Toyda ekstrasensin yaxınları, müğənni və jurnalist dostları iştirak ediblər. Müğənnilərdən Xatirə İslam, Elnur, Ayaz, Rüfət, Cəmilə, Səidə Dadaşova, Yaşar Cəlilov, Nurlan Əzizbəyli və başqaları iştirak ediblər.

"Sağ olsun dostlarım. Şad günümdə məni tək buraxmadılar. Adam gözlədiyimdən də çox idi. Hər şey çox yaxşı keçdi. Düşünürəm ki, müasir toy keçdi. Hamı dedi, güldü, əyləndi. Məni sayıb gələn hər kəsə təşəkkür edirəm", - deyə Həsən Həsrətli bildirib.

Qeyd edək ki, avqustun 30-da tanınmış ekstrasens Həsən Həsrətlinin xanımının qız toyu olub. Yaxt Klubda baş tutan məclisə şou-biznesin tanınmış simaları qatılıb. Zabir Əliyev və Lətafət Ələkbərovanın aparıcı olduğu bu toyda Xatirə İslam, Röya, Ayan Babakişiyeva, Əkbər Əliyev, skripkaçı Səlim Abbasov və bir çox məşhurlar iştirak edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.