Şou-biznes

Azərbaycanlı müğənni: "Birini sevirdim, o isə..." - FOTOSESSİYA

17 Sentyabr 2014 02:00
19 Şərh     Baxış: 17 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Aytac Vidadiqızının Milli.Az-müsahibəsi.

-​ Aytac xanım, rəhmətlik atanız sizin toylarda oxumağınızı istəmirdi. Ancaq o, dünyasını dəyişəndən sonra toylarda tez-tez görünməyə başladınız. Dünyasını dəyişməzdan qabaq bu məsələ ilə bağlı ondan halallıq ala bildiniz?

-​ Bəli, atam rəhmətə getməmişdən öncə elə bil mənim uğurlarımı görürdü. Onun həyatda istədiyi yeganə şey mənim həyatda xoşbəxt olmağım idi. Onu da gördü. Ona görə də mənə öz xeyir-duasını verdi.

-​ Bu yaxınlarda adi bir heyvana beş min manat pul verdiniz... Bu qədər heyvansevərsiniz ki?

-​ Heyvanları çox sevirəm. Evimdə it, pişik, dovşan saxlayıram. Ceyran istəyirdim, onu da gətizdirdim.

-​ Niyə məhz ceyran?

-​ Çünki özüm ceyrana oxşayıram (gülür).

-​ Yeni aldığınız avtomobilin şüşələrini çilik-çilik etmişdilər. Kimlər idi onlar? Sizdən nə istəyirdilər ki?

-​ Bilmirəm. Naməlum olaraq qalıb. Ya gözləri götürməyib, ya da ki nəyinsə acığını çıxmaq istəyiblər.

-​ Bir zamanlar KİV-də sizin şəxsi həyatınız tez-tez gündəmə gəlirdi. İndi, deyəsən, bir az səngimə var. Problemin kökü nədə idi?

-​ Düzdür, şəxsi həyatımı çox qabartdılar. Bir az qarmaqarışıq məsələ oldu. Şəxsi həyatımla bağlı bircə onu deyə bilərəm ki, birini sevirdim, o isə mənə xəyanət etdi.

-​ Daha sevməyəcəksiniz?

-​ Hal-hazırda sevmirəm, həyatımda heç kim yoxdur. Ancaq fələyin işini bilmək olmaz.

-​ Aytac Vidadiqızı bu gün ən çox özünə, yoxsa atasına görə tanınır?

-​ Bunu danmaq olmaz. Mən hələ atamın çörəyini yeyirəm. Məclislərə də dəvəti ən çox onun dost-tanışları tərəfindən alıram. Amma heç kim pulunu çölə atmaz. Mənim səs imkanlarım və istedadım məclisi lazımınca idarə etməyimə və ələ almağıma imkan verir.

-​ Yaman iddialı danışırsınız. Belə çıxır ki, mənəm-mənəm deyən müğənniləri toyda öz səsinizlə "sıradan çıxartmağa" qadirsiniz?

-​ Böyük danışmaq olmasın, amma mən istənilən müğənni ilə oxumaq baxımından "cəng"ə çıxmağa hazıram. Özündən deyən varsa, buyurub gələ bilər.

-​ İndi şou-biznesdə yarıçılpaq efirə çıxmaq, sosial şəbəkələrdə açıq-saçıq şəkillər paylaşmaq müğənnillər arasında dəb halını alıb. Sanki, bir-biri ilə yarışa giriblər... Siz belə şeylərə nə dərəcədə yaxın, nə dərəcədə uzaqsınız?

-​ Sosial şəbəkələrdən fəal şəkildə istifadə edənlərdənəm, ancaq soyunanlardan deyiləm (gülür). Səsimlə, sənətimlə gündəmə gəlmişəm, belə da davam etmək fikrindəyəm.

-​ Bəlkə bədən quruluşunuza arxayın deyilsiniz, ona görə açıq-saçıq geyinmirsiniz...

-​ Arxayın olmağına tam arxayınam. Məclisdə, ictimai yerlərdə açıq geyinməyi xoşlamıram. Amma gündəlik şortik də geyinə bilərəm, qısa ətək də. Bunda heç bir problem görmürəm.

-​ Sosial şəbəklərin aktiv istifadəçilərindənsiniz, dediniz... Amma paylaşdığınız şəkillər də izləyiciləriniz tərəfindən birmənalı qarşılanmır. Xoşunuza gəlməyən rəylərlə tez-tez rastlaşırsınız?

-​ Belə hallarla mütəmadi olaraq üzləşirəm. Mən başa düşə bilmirəm ki, məndən nə istəyirlər. Gah yazırlar ki, bu, sənə yaraşmır, gah yazırlar ki, bu qız atasının ruhuna hörmətsiz yanaşır və s. Özümə də gülməli gəlir. Axı mən atamın adına ləkə gətirəcək nə etmişəm ki?!

Cavidan Abdullayev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.