Şou-biznes

Aysun ona sevgisini bu cür bildirdi - FOTO

15 Sentyabr 2014 13:20
9 Şərh     Baxış: 6 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun eşqə düşüb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, son vaxtlar Aysunun türkiyəli ifaçı Ozan Koçerin şəkillərini paylaşaraq onun ünvanına təriflər yağdırması diqqətdən qaçmayıb.

Ötən gün isə gənc modelyer Ozanın adını əlinə döymə etdirib. Ozan fotonun altından "Məncə super olub" deyə yazıb.

Aysun Ozana "Təşəkkür edirəm birdənəm" deyə cavab verib.

Modelyer onu bu addımına görə qınayanlara da cavab verib:

"Mənim səhifəmdə sevdiyim müğənnini pisləməyin. Mən Ozanı çox sevirəm. Məni çox istəyirsinizsə, belə şeylər yazmayın".

Qeyd edək ki, Aysun və Ozanı R.İsmayılova tanış edib. Rusiyada eyni məclisdə çıxış edən Rəqsanə və Ozan orada dostlaşaraq, işbirliyi quracaqlarını deyib.

Ozanla telefonla danışan Aysun "Səninlə danışdığım an dünya mənim oldu. Çox şanslıyam. Özümü saxlaya bilməyib ağladım" deyərək təəssüratlarını İnstagram-da yazıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.