Şou-biznes

Xalq artistinin xoş günü

15 Sentyabr 2014 12:30
10 Şərh     Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün xalq artisti Brilliant Dadaşovanın doğum günüdür
Milli.Az xəbər verir ki, ənənəvi olaraq sənətkar xanım bu münasibətlə təntənəli tədbirlərdən imtina etsə də, onu sevənlər müxtəlif sürprizlərlə müğənniyə əsl bayram ab-havası yaşadırlar.

Qeyd edək ki, Brilliant xanımın ad günü münasibətilə telekanallarda artıq bir neçə gün öncədən xalq artistinə həsr olunmuş  proqramlar yayımlanmağa başlayıb. Doğum günündə isə ənənəvi olaraq dövlət kanallarında (Aztv və İTV) xalq artistinin konsert proqramları yayımlanacaq.

Brilliant Dadaşova isə hər il olduğu kimi doğum gününü ailəsi ilə birlikdə keçirməyi planlaşdırır. Qeyd edək  ki müğənni  bu günlərdə sevənlərinə söz və musiqisi Tural Bayraməliyevə məxsus "Səndən ayrı" adlı mahnısına Maldiv adalarında çəkilən klipini təqdim edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.