Şou-biznes

Əməkdar artistimiz doğum gününü qeyd edir: "Axşam Moskvaya uçuram"

15 Sentyabr 2014 12:29
0 Şərh     Baxış: 3 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, bu gün əməkdar artist Könül Kərimovanın doğum günüdür.

Əməkdaşımızla söhbət zamanı, o, heç vaxt ad gününü qeyd etmədiyini deyib.

"Uşaqlıqdan doğum günümü sevməmişəm. Nədənsə həmişə ad günümə bir-iki gün qalmış təsirlənməyə başlamışam. Ümumiyyətlə, çox vaxt doğum günümün olduğu heç yadıma düşmür. Sağ olsun dostlar-tanışlar, zəng edib təbrik etməklə mənə xatırladırlar. Heç kimdən özəl hədiyyə gözləmirəm. Həmişə olduğu kimi bu gün də təntənəli surətdə ad günü keçirtməyəcəm.

Axşam Moskvaya uçuram. Gözəl məclislərdə, gözəl insanların əhatəsində olmağın özü mənim üçün ad günümü qeyd etmək kimi bir şeydir. Özümə həmişə yaxşı xəbərlər eşitməyi və bolluca səbr arzulayıram", - müğənni vurğulayıb.

Cavidan Abdullayev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.