Şou-biznes

Murad Dadaşov: "Müğənnilərin səhvinə görə..."

15 Sentyabr 2014 09:30
2 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur şoumen-teleaparıcı Murad Dadaşov yerli şou-biznes əhlini ifşa etdi

Gecce.az xəbər verir ki,teleaparıcı sinəsinə döyərək, özlərini ulduz hesab edən müğənniləri "Onlar"da tənqid edib.

"Mən xarici konsertlər təşkil edirəm. Azərbaycan icması ilə əməkdaşlığım var. Müğənnilərimizi xaricə aparmaq istəyəndə onları istəmirlər. Hər şey bu dərəcəyə gəlib çatıb. Toylar bizim müğənniləri boğub. Heç biri inkişaf eləmir. Tək-tük insanları deyə bilərəm, üzərində çalışır. İçkili insanı nə formalaşdıra bilər? Hansı zövqdən danışacaq?

Təşkil olunan konsertlərdə, yarım saatlıq iştirak üçün xarici ölkələrdən müğənni gətirmək sərf eləyir. Bizimkilər nə edə bilir axı? Bunları deməyə haqqım var. Çünki onlara ürəyim yanır. Heç bir müğənnimiz xarici şirkətlərlə işləmir. Muğam bizim milli sərvətimizdir. Onları daha çox sevirlər. Pop musiqisi oxuyanlar isə şadlıq sarayının divarından o tərəfə çıxmır. Musiqimiz son illər ərzində inkişaf eləmir. Azərbaycan estradasında Tarkan yoxdur. Bu biabırçılıqdır. Şou-biznesdə bəzi qanunları quran mənəm. Müğənnilərin səhvinə görə müəyyən yerlərə cavab verməli oluram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.