Şou-biznes

Azərbaycanlı müğənni: "Mənim ondan xəbərim yoxdur" - FOTOSESSİYA

16 Sentyabr 2014 02:30
5 Şərh     Baxış: 7 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Sevda Yahyayevanın Milli.Az-a müsahibəsi.

- Sevda xanım, Qobudan çıxdığınız neçə il olar?

- Təxminən 8-9 ildir ki, şəhərdə yaşayıram. Amma hər həftə Qobuya gedib valideynlərimə baş çəkirəm.

- Bunu soruşmaqda məqsədim var. Bilmək maraqlı olar ki, doqquz il ərzində Sevda Yahyayeva üşün nə dəyişdi?

- Demək olar ki, tamamilə həyatım dəyişdi. Ən böyük arzuma çatdım. Müğənni oldum. İnsanlar məni tanımağa başladılar.

- Qısa zaman kəsiyində əldə olunan bu müvəffəqiyyət sizi "çaşdırmadı" ki?

- Allaha şükürlər olsun ki, qazandığım uğurdan təsirlənmədim. Şan-şöhrət məni aldatmadı. Mən, ümumiyyətlə, şöhrət axtarışında olmamışam heç vaxt. Əvvəl necə idimsə, elə də qaldım.

- Əvvəl necə idiniz ki?

- Əvvəl sadə, səmimi və mehriban idim, indi də eləyəm.

- Deməli, şou-biznes aləminin neqativ halları sizə təsirsiz ötüşdü...

- Bəli, şükür ki, ayaq üstündə durmağı bacardım. Düzdür, heç kim heç nədən sığortalanmayıb. Mənim də səhvələrim olub. Ancaq zaman-zaman onlardan nəticə çıxarda bilmişəm və bir daha təkrarlamamışam.

- Ancaq çoxları sizin qapalı və ünsiyyətcil biri olmadığınızı deyir. Buna münasibətiniz necədir?

- Düzdür, ola bilər ki, kənardan elə görünürəm. Əslində, düz deyirsiniz, bir qədər qapalı insanam. Bu da mənim təbiətimdən irəli gələn bir şeydir.

- Sonuncu dəfə kimin üçün "leysan" kimi göz yaşı tökmüsünüz?

- Rəhmətlik atam üçün.

- Maddi baxımdan çox əziyyət çəkmisiniz... Ac yatdığınız gecə olub?

- Ümumiyyətlə, insan ac olanda gözünə yuxu getmir. Çətinliklə olsa da, səhəri birtəhər açdığım gecələr olub.

- Heç ümid "basdırmısınız"?

- Şükürlər olsun, bu günə qədər nə istəmişəmsə, hamısı gerçəkləşib. Ancaq arzudan arzu doğur, deyirlər. Məncə də nə arzu, nə də ümid tükənən məfhum deyil.

- Kimdən nigaransınız?

- Yəqin ki, elə biri yoxdur. Çünki darıxdığı insanlar ilə əlaqə saxlayıb tez-tez danışıram.

- Bəs sizdən nigaran olan insan necə, var?

- Maraqlı sualdır... Bilmirəm, bəlkə də, var. Bəlkə də, heç mənim ondan xəbərim yoxdur.

- Siz də açıq-saçıq sayıla biləcək qədər geyimlərdən yetərincə istifadə edən müğənnilərdənsiniz. Bu fikirlə razısınız?

- Razılaşmaq olar. Açıq geyimlərdən isitfadə etdiyimi danmıram. Amma baxır harada və necə. Mənim geyinidiyim geyimlər açıq hesab oluna bilər, amma məncə, səhnədə vulqar görünmür. Səhnə geyimi ayrı, gündəlik geyim ayrı şeydir. Məsələn, mən gündəlik daha çox idman üslubundan geyinməyi xoşlayıram.

- Həyatınızın dönüş nöqtəsi hansı hadisə oldu?

- "Yeni ulduz " mahnı müsabiqəsində iştirak etməyim və ondan sonra məşhurlaşmağım, deyərdim.

- Pərəstişkarlarınıza hansı sürprizləri edəcəksiniz bu yaxınlarda?

- Dinləyicilərimə demək istiyirəm ki, bir az səbr etsinlər, üç yeni mahnımı bu yaxında onların ixtiyarıına verəcəyəm.

Cavidan Abdullayev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.