Şou-biznes

Aparıcı ilə müğənni arasında söz davası

2 Sentyabr 2014 17:20
0 Şərh     Baxış: 2 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Rəşad İlyasov "Bizim gün" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ilə aparıcı Anar Cəfərov arasında qalmaqal yaşanıb. Anar ötən proqramların birində R.İlyasovun canlı efirdə meymundan qorxub, studiyadan qaçmasını xatırladıb.
 
Aparıcının "Gəl, qorxma, meymun yoxdur" sözlərinə sənətçi sərt reaksiya verib:

"Studiyaya girən kimi meymun deyib, ifrata vardın. Studiyanız elə qorxuludur ki, gəlməkdən çəkinim? Mən meymundan qorxmuram, dişləri də çıxarılmışdı. Sadəcə, heyvanlardan diksinirəm. Bunu qorxmaq kimi qələmə verib insanı kiçiltmə".

Anarın "Meymundan qorxursan. Fakt studiyada meymun var idi, sən ondan qorxdun. Yəqin fobiyadır" sözlərinə R.İlyasov "Yaşca səndən böyüyəm. Burada mənə fobiya dərsi keçmə. Ötən verilişdə olan hadisənin görüntülərini internet portallarına yaydınız. Mən də buradan onlara cavab verirəm", - deyə münasibət bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.