Şou-biznes

Ramal: "Yalnız alçaq insanlar belə bir addım atar"

2 Sentyabr 2014 15:58
5 Şərh     Baxış: 2 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəstəkar-müğənni Ramal İsrafilov evliliyinin saxta olması haqda yayılan məlumatlara münasibət bildirib. Milli.Az xəbər verir ki, qafqazinfo-ya açıqlamasında ifaçı bu cür məlumatların şayiə olduğunu qeyd edib:

"Çox xoşbəxt ailəm var, hər kəsə belə ailə həyatı arzulayıram. Evliliyimin saxta olması haqda yayılan xəbərlər yanlışdır. Bu cür şayiələrə ancaq gülə bilərəm. Yalnız alçaq insanlar belə bir addım atar.

Hansı ata-ana razı olar ki, qızı saxta evlilik qursun. Mənim həyat yoldaşım xalam qızıdır. Bəlkə də, yad olsaydı, belə düşünməyə əsas verilərdi. Düzdür, bizim sənətdə saxta evlilik quranlar var. Amma mənim evliliyim saxta deyil".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.