Şou-biznes

Gövhər Həsənzadə: "Mənim ən yaralı yerim budur"

2 Sentyabr 2014 14:30
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəstəkar Gövhər Həsənzadə "5/5" verilişində qonaq olub

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcının "Müğənnilər mahnıya qarşı niyə qısqancdır?" sualına belə cavab verib:

"Heç vaxt bir müğənninin mahnısını, illər keçsə də, başqasına icazəsiz verməmişəm. Hərdən elə olur ki, on il əvvəl bəstə verdiyim ifaçı səhnədən gedib. Başqası həmin mahnımı istəyəndə demişəm ki, ilk oxuyanı tapın, halallıq alın, sonra ifa edin.

Əgər bir nəğmə müğənniyə uğur gətirib, böyük auditoriya qazandırıbsa, onda onun bəstəni qısqanmağa haqqı var. Ən pis hal isə sənətçi mahnını oxuyanda müəllifin adını çəkmir. Mənim ən yaralı yerim budur. Bu, hörmətsizlikdir. Bizim müğənnilərə bunu bağışlayırıq. Amma türklərə etmək olmur. Oxuyurlar, heç demirlər də ki, Azərbaycan bəstəsidir. Bəstəkarı bu, pis edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.