Şou-biznes

Zamiq illər sonra yenidən onunla bir arada

1 Sentyabr 2014 17:56
0 Şərh     Baxış: 2 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Zamiq Hüseynov uzun fasilədən sonra yenidən rejissor Fuad Əlişovla işbirliyinə başlayıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Onlar" verilişinə açıqlama verən sənətçi təklifin qarşı tərəfdən gəldiyini söyləyib:

"Uzun müddətdir Fuadla işbirliyimiz yoxdur. "Həyat çətindir" mahnısının ekran həllini ona həvalə etdim. Təklif Fuaddan gəldi. Dedi ki, sevə-sevə klip çəkmək istəyirəm. Mən də razılaşdım".

Fuad Əlişov isə bəstəyə olan heyranlığını belə bildirib:

"Mahnıya qulaq asanda beyində süjet xətləri fırlanırdı. Bu yaxınlarda dostlarımızla səfərdə olduq. "Həyat çətindir"ə qulaq asırdıq, nəğməyə olan sevgimi Zamiqə dedim. O da klip çəkməyə razılaşdı. Zamiq seçilir, ona görə çalışırıq ki, klip də fərqlənsin. Mahnının mövzusuna uyğun ekran işi olacaq".

Ekran işində rol alan aktrisa Könül Nağıyeva ilk dəfə klipə çəkildiyini deyib:

 "Mahnı o qədər cəlbedicidir ki, təkliflə razılaşdım. Burada xəyanət, göz yaşları var. Ssenari də ona uyğun olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.