Şou-biznes

Azərbaycanlı müğənninin ad günüdür

1 Sentyabr 2014 14:12
9 Şərh     Baxış: 5 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Elxan Şirinovun bu gün ad günüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi təssüratlarını "Onlar"la bölüşüb:

"Sentyabrın 1-də 51 yaşım tamam olur. Amma hamı deyir, sənə 35 yaş verərik. Bu illər ərzində sənətimdə çox şeylər etmişəm. "Başqa birisini sevə bilməzsən", "Axşamlar" kimi mahnılarım, haraya gedirdim, səslənirdi. Ən gözəl duyğularımı mahnılarımda əks etdirmişəm".

E.Şirinov yeniliklərindən də bəhs edib:

""Mən yenə axşamları tək dolaşıram" yeni mahnımdır. Bu bəstəyə görə müəllifə təşəkkür edirəm. Bütün uğurum, müvəffəqiyyətim üçün düşmənlərimə borcluyam. Gözəl düşmənlərim var. Yaradıcı insan üçün bu yaxşıdır. Daim yaratmaq, dayanmamaq istəyirəm. Sənətimi də, özümü də, görünüşümü də qısqananlar var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.