Şou-biznes

Azərbaycanlı müğənni: "Ailə qurmaqdan qorxuram"

1 Sentyabr 2014 13:10
0 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Səidə Sultan "Hər şey daxil" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəxsi həyatından danışıb. O, ailə qurmağa hazırlaşdığını etiraf edib:

"Bu yaxınlarda elçilərim çıxıb. Anam deyir ki, əgər vaxtında elçilərə "hə" desəydin, indi uşaqların məktəbə gedirdi. Ərə getməkdən qorxurdum. Düşünürdüm ki, ərin sözünü necə götürəcəm. Birini deyəcək, on cavab qaytaracam. Amma indi elə yaşdır ki, nə desə, razılaşıram (gülür), "baş üstə" deyirəm ".

S.Sultan aparıcının "Verilişə cangüdənlə gəlmisən. Sevdiyin insan çox qısqancdır? Ailə qurduqdan sonra sənətə davam edəcəksən?" suallarına belə cavab verib:

"Dəhşət qısqancdır. İndi mən sənəti ikinci plana atmışam. Ürəyim istəyəndə oxuyuram, istəməyəndə yox. Ailə qurandan sonra da elə olacaq. Sənət ikinci planda qalacaq. Efirə çıxacam, amma sənətlə daha çox məşğul olmayacam".

Müğənni avtomobilini satdığını və uzun müddətdir maşınsız gəzdiyini bildirib:

"Üç aydır maşınımı satmışam. Bu günə kimi o qədər bahalı maşınlar sürmüşəm ki, heç birinə marağım qalmayıb. Hər dəfə gedirəm, nəsə alım, seçə bilmirəm. Sürücü ilə gəzirəm, belə mənə daha rahatdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.