Şou-biznes

Azərbaycanlı müğənni onu canlı yayımda "nemes" adlandırdı

1 Sentyabr 2014 11:15
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Atv telekanalında yayımlanan "Nə varsa" verilişinin qonağı müğənni Samir Piriyev olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi prodüseri Anar Mədətovun ünvanına təriflər yağdırıb:

"Təmiz səmimiyyət olanda hər şey yaxşı olur. Məsələn, hamı bilir ki, mənim prodüserim Anar Mədətovdur. Mən sizə deyim ki, Anar "nemes" kimi adamdır. Çox dəqiq insandır. Bir də görürsən, dayanmadan deyinir. Mən, ümumiyyətlə, neçə ildir arzulayırdım prodüserim elə biri olsun ki, məni robot kimi işlətsin. Üstümə düşsün.

Çox adam hərdən soruşur ki, siz Anarla necə yola gedirsiz? Mən də cavab verirəm ki, o işin xeyrinə bunları deyir. Mən əgər düz deyiləmsə, bu səhvimi düzəltməliyəm. Hər işi bir-birimizlə məsləhətləşirik. Bu cür işlərdə dəqiq olmaq lazımdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.