Şou-biznes

Ruhəngiz Allahverdiyeva: "İstər "cip", istər "06" sürsün"

30 Avqust 2014 16:31
3 Şərh     Baxış: 2 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Ruhəngiz Allahverdiyeva müğənnilərdən, qalmaqallardan bəhs edib.

Axşam.az-ın məlumatına görə, "Star life" verilişinə açıqlama verən ifaçı hər kəsi mehriban olmağa səsləyib:
 
"İnsanda Allahdan verilən bir istedad olmalıdır. Onu üzə çıxarmalısan. İstərdim ki, sənətçilər bir-birinə nə daş, nə də söz atsınlar. Mehribanlıq, sadəlik, düzgünlük olsun. Hər gülün öz zamanı var. Müğənnilər də elədir. Hər kəsin öz dövrü, ahəngi, səsi, istedadı var. Keçmişdə heç vaxt heç kim bir-birinə söz atmayıb. Akif İslamzadə, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova kimi sənətkarların hərəsinin öz çəkisi olub.
 
Bu gün şou-biznes adamları bir-birləri ilə davaya çıxır, nəyisə bölüşə bilmirlər. Belə olmasın, dava etməyin, bir-birinizi sevin. Dalaşmaqdansa bir-birinizə kömək olun. Nə qədər gözəl əməlləriniz olsa, bu, simanızda əks ediləcək. Sənətin varsa, səni xalq ucaldacaq. Sənətin yoxdursa, kiminsə səni bəzəyib-düzəməsi ilə ucalmayacaqsan. Kimsə bacarığını göstərə bilmirsə, onu tərifləmək nə məna verir? İstər "cip", istər "06" sürsün".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.