Şou-biznes

Aygün Bəyləri səhnəyə qaytaran mahnı - VİDEO

30 Avqust 2014 09:30
2 Şərh     Baxış: 2 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəstəkar Tural Bayraməliyevin yeni bəstəsini əməkdar artist Aygün Bəylər səsləndirib.

Milli.Az bildirir ki, "Düşündüm" adlanan bəstə bir müddət öncə sənətdən uzaqlaşdığı barədə xəbərləri dolaşan Aygün Bəylərin dönüş nəğməsi hesab olunur. Bəstəkar mahnıya öz sözlərini əlavə etməklə, Aygün xanımın bəstəyə olan sevgisini tamamlayıb.

"Aygün xanımla işbirliyimiz "Getmisən" mahnısı ilə başlayıb, "Düşündüm"lə davam edir. Yeni əməkdaşlıq sözün əsl mənasında Aygün xanımı düşündürdü, özündə nəyisə tapdı. Səsinin gözəlliyini mahnıya qatıb, tandemi tamamladı", - deyən bəstəkar klip çəkilişindən xəbər verdi.

Müəllif və ifaçının tezliklə klip çəkilişlərinə hazırlaşdığını öyrəndik. Qeyd edək ki, ekran işi rejissor Natiq  Novruzova həvalə edilib. Müəllif klipdə sevgidən yaranan  həm həsrət, həm qismət, həm də nifrətin əks olunacağını sözünə əlavə edib. Mahnı artıq radio dalğasında səsləndirilir.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.