"Yalan məlumat yazırlar, vallah yazılanlar yalandı. Adını, doğum tarixini, hamısını yalan yazırlar. Nə bilim başqa nələrəsə görə özünü öldürdüyünü yazırlar. Yalandı. Hər ağızdan bir avaz gəlir. Başım qoy ayılsın, artıq, yalan söz yazanların hər birini məhkəməyə verəcəyəm. Mən Suranın bütün dostlarını tanıyırdım. Sura Amili vallah tanımayıb".
Mərhum müğənnin anası göz yaşları içində açıqlama verib. Milli.Az movqe.az-a istinadən ananın açıqlamsını təqdim edir.
"Nə universitetindən, nə müəllimlərindən narazıyam. Onlar Suradan o qədər razı idilər ki... İclas olanda mən o məktəbdən sevinclə qayıdırdım. Kəsrləri var idi deyə, uşaqlardan kənar qaldı balam. Elə hey deyirdi ki, mən uşaqlardan seçildim. Başına dolanırdım, deyirdim ki, fikir eləmə, yanvardan sonra cəmi 2 ay dərsə gedəcəksən, vəssalam. 5-ci kursu bitirdi. Kəsrləri qaldı".
Suranın anası deyir ki, mən Suranın həm türk, həm azərbaycanlı olan yoldaşlarını tanıyırdım. "Onun telefonuna birinci mən baxmışam. Günorta onunla danışdım, dedim Sura qabları yu, mən banka getmişdim. Danışanda dedim yarmarkaya gedim meyvə alım, gəlirəm, komport bişirərik. Sonra bir də yığdım, danışa bilmədim. Nigaran qaldım 21 dəfə zəng etmişdim. 2 gün qabaq da rəfiqəsi Ləman yığıb. Ləman deyir ki, mən 2 gün qabaq zəng vurmuşdum. Bir nəfər Aqa deyilən Orxan adlı türk yoldaşı var, elə hal-hazırda da Türkiyədədir. Bir də Asim adlı qrup yoldaşı var onunla danışıb. Mən Amil deməmişəm, Asim demişəm. Onlar səhv edib, Amid yazıblar. Ailəmizdə hamı gərgin vəziyyətdədi. Mənim sakit, qızlgül kimi balam getdi. Mədəni, ağıllı, sakit. Klipinə baxanda görmək olar o necə qız idi. Təkliyi sevirdi, özünə qapanan qızı idi.
Çox şeyi danışmağı, bölüşməyi sevmirdi qızım. Amma onu ölümə nə sürüklədi vallah bilmirik. O, yalan danışmağı sevmirdi. Elə hey deyirdi ki, atamın yükü ağırdı. O gələndə, mama, necə deyərik ki, kəsirim var. Deyirdim mama qurban demərik. Yalanı heç sevmirdi. Evdə bir mən idim, bir bacısı, bir də Sura özü... Üstünə düşmədim heç ki, ay sənin niyə kəsirin var, niyə belə oldu. Dedim oldu, oldu da. O qədər kəsiri olan var ki... Suraya heç icazə vermirdim ki, ayaqqabısını silib geysin. Özüm silirdim. O gün necə oldu dilimə gəldi elə bil dedim ki, qabları yu. Ancaq deyirdim dərslərini oxu, musiqi ilə məşğul ol.
Sizə də yalvarıram mənim adımdan yazın ki, evlərinə getmişəm, anası ilə danışmışam, o deyir ki, Amidlə mənim uşağımın bir-birinə aidiyyəti yoxdu. Allah hər ikisinə rəhmət eləsin. Adımdan yalan yazanlar Allahdan qorxsun. Qoy bir az keçsin özüm də onları bir-bir axtarıb, tapacağam".
Milli.Az
Cəmiyyət
Mərhum müğənnin anası üsyan etdi: "Bir az keçsin özüm də onları bir-bir axtarıb, tapacağam"
29 Avqust 2014 17:46
9 Şərh
Baxış: 18 110
DİGƏR XƏBƏRLƏR
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
- "Tarqovu"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
- Sevgilisi tərəfindən döyülən məşhur kikboksçunun polisə şikayəti ilə bağlı RƏSMİ AÇIQLAMA
XƏBƏR LENTİ
- Röya: “Gonbul və paxıl olma” - FOTOlar
- Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
- Ən yaxın adamı Paşinyana etiraz edir
- Hüseyn Rəşad Dağlının oğluna "Ferrari" göndərdi - Gözlərinə inanmadı - FOTOlar
- Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
- "O, alıb 78 qəpikdən, mən alıram 1 manat 70 qəpikdən..."
- Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
- Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir
- Bu şəxslər üçün cəzalar sərtləşdirilir
- Fələstində ermənini nazir təyin etdilər
- Gülyaz Məmmədova xarici ölkə prezidenti ilə görüşdü - FOTO
- Hakim vəzifəsinə namizədlər üçün bu tələb ləğv edilir
- "️Crocus"da yaralananların sayı 382-yə çatdı
- Yunanıstanda güclü zəlzələ oldu
- Satışa çıxarılan "Prius"ların sayı 3 dəfə artdı - Nə baş verir?
- Bu dəfə Şəbnəm Nigara söz atdı: "Külək kimi əsir"
- “Qarabağ”ın çempionluğu: Bu gün, sabah, yoxsa...
- “Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıram”
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ramazan ayının on doqquzuncu gününün iftar və namaz vaxtları - FOTO
- Mentalitet dəyişib, qadınlar dron uçurur - Modi
- "Lamborghini" 20 ildən sonra loqosunu dəyişdi - FOTOlar
- Maşınların arasında qalan MİS əməkdaşı ayaqlarını itirdi
- Ermənistanda Solovyovun verilişlərinin yayımı qadağan edildi