Şou-biznes

"Hamilə olmağımdan çox yazdılar, həyat yoldaşım əsəbləşir"

29 Avqust 2014 17:10
1 Şərh     Baxış: 5 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xuraman Şuşalıdan xəbər var

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni albom hazırlayır. Əməkdaşımızla söhbətində Xuraman şeir yazmasından da danışıb:

"Şeirlərdən ibarət albom çıxarıram. Burada hər mövzuda şeir yer alacaq. Dini mahnılar da oxumuşam. Onlardan ibarət diskim işıq üzü görəcək. Bir etiraf edim: özüm də şeir yazıram. Anama, Allaha, təbiətə həsr etmişəm. Amma onları heç vaxt üzə çıxarmayacam. Mən şairə kimi tanınmaq niyyətində deyiləm".

X.Şuşalı son günlər mediada haqqında yayılan hamiləlik xəbərinə də münasibət bildirib:

"Hamilə olmağımdan çox yazdılar. Həyat yoldaşım əsəbləşir. Mənə danışmağı qadağan edib. Şəxsi həyatımızla bağlı heç yerdə açıqlama verməyəcəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.