Şou-biznes

Təranənin xəstəxana FOTOları dostlarını təşvişə saldı

29 Avqust 2014 11:34
0 Şərh     Baxış: 3 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Prodüser Təranə Səmədovanın xəstəxanadan fotosu yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüserin İnstagram səhifəsində paylaşdığı şəkil səs-küyə səbəb olub. Hər kəs Təranənin səhhəti ilə bağlı suallar ünvanlayıb.

T.Səmədova əməkdaşımızla söhbətində palatada lentə alınan fotonun proqram çəkilişi ilə bağlı olduğunu deyib:

"Sentyabrda aparıcı kimi tamaşaçı qarşısına çıxacam. Bu da verilişimdəki anons çəkilişinin bir hissəsi idi. Bunun üçün beş obraza girmişəm. Anonslar ayın 1-dən efirdə yayımlanacaq. Veriliş isə sentyabrın 15-də göstəriləcək. Hər gün "Space" kanalında səhər saat 11-in yarısından 12-yə kimi canlı efirdə olacam. Təklif "Baku art lab" studiyasından gəlib. Əvvəl redaktor kimi çağırdılar, daha sonra aparıcılıq təklif edildi. Bir neçə gün düşündükdən sonra razılaşdım. Bu günə kimi bir neçə dəfə aparıcılıq etmişəm, az da olsa, təcrübəm var. Hər gün şou-biznesin tanınmış simalarını qonaq edəcəm, maraqlı efir hazırlayırıq".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.