Şou-biznes

Zaur: "Sən yalnız gözləyirsən..."

29 Avqust 2014 11:01
26 Şərh     Baxış: 7 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Uzun müddətdir ki, xaricdə istirahət edən ATV-nin aparıcısı Zaur Baxşəliyev Bakı üçün darıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı təəssüratlarını İnstaqram səhifəsində paylaşıb:

"Xarici ölkəyə getmək bir evə qonaq olmaq kimidir. Sən yalnız gözləyirsən, gətirənin əlinə baxırsan. Hər şey sənə maraqlı gəlir, amma toxunmaqdan qorxursan, yuxun gəlir, yata bilmirsən, acırsan, yemək istəməyə utanırsan, hətta ayaqyoluna getməyə çəkinirsən... Hər an evinə qayıtmaq və bütün bu ehtiyaclarını yerinə yetirməyi düşünürsən. Sonda çarpayına uzanıb, içindən "oh, şükür sənə, ya Rəbbim" demək gəlir. Bunu qəlbən edirsən, çünki evin sənindir. Sən yalnız öz evində diktə edə bilirsən, öz evinin ağasısan. Başqa sarayın ağası olmaqdansa, öz evinin qulluqçusu olmaq daha gözəldir. Vətən ana kimidir. Hər kəsin anası özünə gözəldir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.