Şou-biznes

"İtkin düşən" müğənni: "Adam öldürmüşəm ki, yoxa çıxım"

28 Avqust 2014 17:18
2 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Arzu Mələk külli miqdarda borcu olduğu üçün Rusiyaya qaçdığı haqda yayılan xəbərlərə münasibət bildirib. Milli.Az xəbər verir ki, qafqazinfo-ya açıqlamasında ifaçı yayılan məlumatların əsassız olduğunu qeyd edib:

"Dünən günorta saatlarında yaxınlarım zəng edib dedilər ki, saytlarda qaçdığım barədə məlumatlar dərc edilib. Guya hansısa məhkəmədə mənə dair iş də qaldırılıb və məhkəmə prosesindən yayınmışam. Deyilənə görə, qızımın bahalı avtomobilini satıb,  evimi tərk etmişəm. Bunu eşidən qohumlarım narahatlıq hissi keçiriblər. Sənət adamları haqda həmişə müxtəlif şayiələr yayılır. Özüm barədə heç vaxt dedi-qodu eşitməmişdim deyə duyduqlarım məni şoka saldı. Heç kimlə işim yoxdu, sakit həyat tərzi sürən insanam. Olmayan söhbətləri yaymaq kimə lazımdı bilmirəm. Çox gərgin və əsəbiyəm. Axı mən Azərbaycandan niyə qaçmalıyam ki? Adam öldürmüşəm, yoxsa ağır cinayət törətmişəm? Mən Bakıdayam.

Dünən şadlıq saraylarının birində toy şənliyində olmuşam. Kimə lazımdırsa,  Azərbaycanın bütün məhkəmələrinə müraciət edə bilər. Görün hansı məhkəmədə mənə dair iddia qaldırılıb.  Deyirlər külli miqdarda borcum olduğu üçün qaçmışam. Mən biznesmen deyiləm ki, "bankrot" olum. Gəlir mənbəyim toydandı. Deyirlər qızımın bahalı avtomobilini də satmışam. Əgər avtomobili almışamsa, o, mənə məxsusdu və mən onu istədiyim vaxt sata da bilərəm. Bunun heç kimə dəxli yoxdu. Bir də eyni avtomobili bir ömür boyu sürmürlər. Bəli, qızımın avtomobilini satıb, daha bahalısını almışam. Evimi də satıb daha bahalı, geniş yeni tikilidə ev almışam.

Bu vaxta kimi heç kimlə düşmənçiliyim olmayıb. Bu məlumatı eşidəndən bu barədə çox ciddi düşünürəm. Görəsən, düşmənim kimdi? Məlum məsələdi, bütün bunlar məni nüfuzdan salmaq üçündü. Sizə təşəkkür edirəm ki, məni dinlədiz. İnanıram ki, haqq öz yerini tapacaq. Yay fəsli olduğu üçün efirdə yox idim. Artıq bəzi verilişlərə çəkilmişəm. Sentyabr ayından bir çox verilişlərdə də məni görəcəksiz və bu da mənim heç yerə qaçmadığıma bir sübutdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.