Şou-biznes

Xalq artistimiz danışa bilmir

28 Avqust 2014 11:03
9 Şərh     Baxış: 4 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin səhhətindən xəbər var
Milli.Az-ın məlumatına görə, lent.az-a açıqlama verən R.Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, xalq artistinin ev şəraitində müalicəsi mümkünsüzdür:

"Hazırda Ramiz bəyin səhhəti normaldır. Evdədir. Həkimlər evə gəlmirlər, elə xəstəxanaya aparıb-gətiririk. Danışa bilmir. Danışanda da fikrini ifadə edə bilmədiyinə görə əsəbləşir. Ona görə də danışmağa qoymuruq. Evdə bizim nəzarətimizdədir. Xəstəxanaya pul vermirik, yalnız dərmanlara pulumuz çıxır. Xərcləri özümüz ödəyirik. Buna görə kiməsə ağız açmayacağıq".

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.