Şou-biznes

ATV-nin aparıcısı ilə Elza barışdı

27 Avqust 2014 20:10
3 Şərh     Baxış: 3 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Elza Seyidcahan və aparıcı Günay Firudinqızı "Azərbaycanın səsi" verilişinin canlı efirində barışıblar. Axşam.az-ın məlumatına görə, ötən buraxılışların birində onu "əməkdar artist" deyə təqdim etməyən Günaydan inciyən və ona sərt sözlər deyən müğənni barışıq addımını özü atıb:

"Harada məni bəyənmirlərsə, oradan ayağımın tozu ilə gedirəm. Məni Elza edən bizim jurnalistlərimiz, aparıcılarımızdır. Tamaşaçılar, məni sevənlər də ötəndəfəki hadisədən narahatdırlar. Ona görə istəyirəm, barışaq. Hamı bilsin ki, heç bir narahatlıq yoxdur". G.Firudinqızı isə bunları deyib: "Siz bəyənilməsəydiniz, münsif kürsüsündə oturmazdınız. Burada çoxları əyləşmək istəyib. Amma seçilən siz olmusunuz".

Qeyd edək ki, E.Seyidcahan efirdə aparıcının ünvanına bu iradları söyləmişdi: "Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin. "Elza" deyəndə məni qaldırıb, özünü salırsan. Siz bizə ad-soyadla müraciət etməyin. Bizdən tərbiyə alanlar səhvlərə yol verməsinlər. Kobudluq eləmirəm, Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm.
Tamaşaçılar baxır. O boyda Nərgiz Cəlilova insanları qazandığı adla çağırır".

Günay isə ona cavab olaraq "Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə "Elza" və "Elza Seyidcahan" deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm" deyərək onun mikrafonunun söndürülməsini istəmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.