Şou-biznes

Azərbaycanda "yoxa çıxan" müğənni danışdı - YENİLƏNİB

27 Avqust 2014 18:08
19 Şərh     Baxış: 15 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Arzu Mələk haqqıda yazılan xəbərlərə aydınlıq gətirib


18:08


Müğənni publika.az-a açıqlamasında bildirib ki, yazılanlar əsassızdır:

"Mən Rusiyaya ancaq toya gedə bilərəm. Yazıblar ki, guya məni məhkəməyə veriblər. Araşdırın, görün məni harda məhkəməyə veriblər. Heç bir məhkəmədən söhbət gedə bilməz. Mənim heç kimə bir qəpik də borcum yoxdur".
 

Sənətçi qızının avtomobilini satmasıyla bağlı yazılanlara da aydınlıq gətirib: "Qızım əvvəl "Kia Sportage" sürürdü. İndi bir az da bahalı maşın - "KİA Sorento" sürür. May ayında dəyişmişik. Yazıblar ki, bu məlumatı mənim yaxınlarım verib. O mənim hansı yaxınımdır? Kişidirsə, çıxsın ortalığa, desin ki, mən demişəm. Gördüyünüz kimi hazırda Bakıdayam, sizinlə danışıram. Evimdən köçməyim haqda yazılanlar doğrudur. Satıb daha bahalısını, böyüyünü almışam. 3-4 ildir almışdım, sadəcə təmir etdirməmişdim.
 

Qeyd edək ki, azxeber.com saytı Arzu Mələyin külli-miqdarda borcu olduğuna görə Rusiyaya qaçdığını və yaxınları ilə əlaqəsini kəsdiyini yazmışdı.


---------
16:03

Tanınmış azərbaycanlı müğənni Arzu Mələk yoxa çıxıb


Milli.Az xəbər verir ki, bu haqda azxeber.com-a müğənninin yaxınları məlumat veriblər. Onların dediyinə görə, müğənni artıq bir neçə gündür ki, yaşadığı evi tərk edib və hər kəslə əlaqəsini kəsib. Yaxınlarının dediyinə görə, müğənninin külli-miqdarda borcu olduğuna görə belə addım atıb. Hətta Arzu Mələkdən şikayətçi olanlar onu məhkəməyə də veriblər. Məhkəmədən müğənninin evinə bildiriş gəlsə də, o prosesdə iştirak etməyib.

Həmçinin Arzu Mələk qızının sürdüyü bahalı avtomobili də satıb. Digər bir məlumata görə, müğənni Rusiyaya qaçıb.

Məsələylə bağlı müğənninin mövqeyini öyrənmək istəsək də, onunla əlaqə yaratmaq mümkün olmadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.