Şou-biznes

"İlhamə Quliyeva ilə bağlı sizə elə faktlar verəcəm ki..."

27 Avqust 2014 13:30
13 Şərh     Baxış: 8 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Sentyabrdan etibarən yeni layihələrimin təqdimatına başlayacam"
Bunu aznews.az-a xalq artisti Nazpəri Dostəliyeva deyib.

Qardaşının vəfatından sonra səhnədən ayrı düşən sənətkar növbəti aydan etibarən yaradıcılığa davam edəcəyini bildirib:

"Yeni mahnılar yazdırdım. Konsert layihəm də var. Mən özüm üçün yaşamıram. Məndən nə tələb olunursa, hamısını tamaşaçılarıma verəcəm. Mən tamaşaçılarımın mesajlarını oxuyuram, görürüəm ki, onlar mənim üçün necə darıxıblar. Sentyabrın 1-dən artıq iş başında olacam. Yarımçıq qalan işlərimin hamısı tamamlanacaq".

N.Dostəliyeva xalq artisti İlhamə Quliyeva ilə arasında gedən məhkəmə çəkişməsi barədə də danışıb. O, bildirib ki, Ali Məhkəmənin qərarı hələ son deyil: "Hələ bir instansiya da var. Sonda hər şey açıqlanacaq. İlhaməylə bağlı hər şey bilinəcək. Mən də sizə bunlarla bağlı elə açıqlamalar, elə faktlar verəcəm ki..."

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.