Şou-biznes

Bakının mərkəzində opüşən cütlüyü çəkən şəxs: "Peşman deyiləm, əksinə şadam ki..."

26 Avqust 2014 17:18
55 Şərh     Baxış: 19 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının mərkəzində, hamının "Tarqovı" deyə tanıdığı Nizami küçəsində gənc oğlanın sevdiyi xanımı öpərək ona evlilik təklif etməsi sosial şəbəkələrdə günün mövzusuna çevrilib
Azərbaycanda ilk dəfə idi ki, bir bəy sevdiyi xanımı hamının gözü önündə öpüb şəkil çəkdirir və bunu ictimailəşdirirdi.

Sözsüz ki, bu görüntülər hamı tərəfindən alqışla qarşılanmadı. Bunun ayıb, milli mentalitetə zidd hərəkət olduğunu düşünənlər də az deyildi.

Milli.Az xəbər verir ki, sözügedən fotonun müəllifi Ayxan Salahov azvision.az-a açıqlamasında bildirib ki, fotonun insanlar tərəfindən bəyəniləcəyi əvvəldən bəlli idi.

Fotonun əsas qəhrəmanları SergeySamira adlı cütlükdür.

"Sergeylə Samiranın fotosunu həm müsbət, həm də mənfi qiymətləndirənlər oldu. Hər kəsin öz düşüncəsi var, amma etikadan kənara çıxmaq olmaz. Peşman deyiləm, əksinə şadam ki, hər kəs bu gün məndən danışır. Mən öz bildiyimi etdim. Bəyənənlərin çox olacağını gözləyirdim və bu da oldu".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.