Şou-biznes

Azərbaycanlı müğənni: "Əgər sarayım varsa, demək, ağıllıyam"

21 Avqust 2014 14:46
3 Şərh     Baxış: 1 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Elçin Hüseynov "5/5" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının "Deyirlər, qızı atasının puluna görə alırlar. Sən də imkana görə ailə qurdun? Gələcəkdə qızlarını sənin var-dövlətinə görə istəsələr, nə edərsən?" sualına belə cavab verib:

"Bizim nəsildə bir adət var: qızı imkanına görə yox, nəcabətinə görə alırıq. Mən də bu şərtlərlə ailə qurdum. Əgər mənim şadlıq evim, sarayım varsa, deməli, ağıllı insanam. Ağlım var ki, pul qazanıram. Evimə elçi gələcək insanın da məqsədini başa düşəcək dərrakədəyəm. Bir də ki, hər ailənin, nəslin qayda-qanunu var. Bizdə də adətdir ki, ancaq qohumdan qız alırıq. Xeyri özümüzə veririk".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.