Şou-biznes

Dilarə Kazımova Ukraynanın məşhur qrupunun konsertində xüsusi qonaq olacaq - VİDEO

21 Avqust 2014 12:45
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dilarə Kazımova Ukraynanın əfsanəvi "Okean Elzı" qrupunun Bakıdakı konsertində xüsusi qonaq olacaq
Təkcə 2014-cü ildə "Okean Elzı" qrupunun 20-illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub. Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın "ən yaxşı rok-qrupu" və "live-qrupu" kimi tanınan kollektiv sentyabrın 6-da Bakıda Yaşıl Teatrda çıxış edəcək.

"Svyatoslavla birgə çıxış etmək - inanılmaz bir hadisədir, - deyə Dilarə Milli.Az-a bildirir. - Mən əminəm ki, soydaşlarımız çoxlu müsbət enerji toplayacaqlar. Bu, yaddaşlarda qalan konsert olacaq".

Azərbaycan müğənnisi Dilarə Kazımovanı və "Okean Elzı" qrupunun lideri Svyatoslav Vakarçuku populyar "Qolos" beynəlxalq formatlı şousu birləşdirir. 2014-cü ildə Dilarə Ukraynanın "1+1" telekanalında yayımlanan "Голос Kраїни" layihəsinin iştirakçısı oldu. İlkin seçim turunu uğurla keçən müğənni Vakarçukun komandasına qatıldı. Dilarə canlı efirdə "Okean Elzı" qrupunun "Без бою" mahnısını və Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"dən bir parça ifa etmişdi.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.