Şou-biznes

Cavanşir Məmmədov: "Mən onu düz bir il yarım gizlətdim"

21 Avqust 2014 09:30
5 Şərh     Baxış: 3 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün Xəzər telekanalında yayımlanan "5-də 5" verilişin qonağı müğənni Cavanşir Məmmədov olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçi aparıcının "Eşitdim, müğənnilərin arasında ən bahalı avtomobil sürən Cavanşir müəllimdir? Sizi də ötdülər. Artıq çoxları bahalı maşın sürürlər. Qaldınız kölgədə?" sözlərinə belə cavab verib:

"Yox, məni heç kim üstələyə bilməz. Biz köhnəyik, bizə çatmaq üçün hələ çox var. Bilmirəm, Zaur, sən o maşının qiymətini bilirsən, ya yox, amma insanın özü qiymətli olmalıdır, maşını yox. Sabah bunu da mövzu edəcəklər ki, yenə maşınını reklam edir. Bildirim ki, dünyada "Rolls Roys"dan bahalı maşın yoxdur. O da şou-biznesdə tək məndədir. Mən şan-şöhrət sevən adam deyiləm. O avtomobili üç ildir almışam. Mən onu düz bir il yarım gizlətdim. Çünki məndən də yaxşı, ürəkli, yaxşı insanlar var. İnsanın ürəyi zəngin olmalıdır".

"Bəs maşının qiyməti nə qədərdir?" sualına isə sənətçi: "Deməyəcəm, sonra qulağına deyərəm, vallah, incimə", - deyərək cavab verib.

Qeyd edək ki, sözügedən avtomobilin qiyməti 500 min manatdan yuxarıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.