Şou-biznes

Ağadadaş Ağayev: "Elə insanlara cavab verə bilmirəm"

20 Avqust 2014 13:37
1 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ağadadaş Ağayev həyatının ən önəmli məşğuliyyətindən danışıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni onun üçün idmanın özəl yeri olduğunu bildirib.

"Hər şey daxil" verilişində qonaq olan ifaçı həftədə iki dəfə mütləq idmana getdiyini söyləyib:
 
"Formada qalmaq üçün mütləq idman edirəm, pəhriz saxlayıram. Arıqlamışam, amma 5-6 kiloqram daha arıqlamalıyam. İdmanı hər kəs sevməlidir, onsuz yaşamaq olmaz. İdmanı xoşlamaq özünü sevmək, sağlamlığa gözəl münasibət bəsləmək deməkdir. Mən futbolu çox xoşlayıram. Oturub baxanda irad tuturlar ki, bu nədir?

Elə insanlara cavab verə bilmirəm. Bunun izahı yoxdur. İnsan idmanı sevmirsə, demək, yaşamır. Mən idmana gedəndə iki saat dincəlirəm. Günümün ən gözəl anını yaşayıram. Yeməyimə fikir verirəm. Beş saat fasilə ilə yemək yeyirəm. Saat 6-dan sonra ağır təamlardan istifadə etmirəm. Yüngül qidalar qəbul edirəm. Buna görə də yavaş-yavaş istədiyim formaya düşürəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.