Şou-biznes

Ukraynalı rəqqasədən Zemfiraya hədiyyə - FOTO

19 Avqust 2014 16:40
1 Şərh     Baxış: 5 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın əməkdar artisti, rəqqasə Alla Kuşnir aparıcı Zemfira Adıgözəlovaya hədiyyə göndərib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sevimli libasının eynisini aparıcıya bağışlayıb.

Z.Adıgözəlova bu haqda əməkdaşımızla söhbətində danışıb:
 
"Ötən il Alla Kuşnir Bakıya gələndə bu libasdan geyinmişdi. Çox xoşuma gəldi. Ukraynaya qayıdan kimi mənim üçün də alıb göndərib. Ötən il geyinməmişdim, bu il üzə çıxardım. Hazırda Türkiyədə istirahətdəyəm, paltarı da özümlə götürmüşəm. Ayın 27-də Bakıya qayıdacam".

Z.Adıgözəlova həmin libasda fotosunu İnstagram səhifəsində paylaşaraq Allaya təşəkkürünü bildirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.