Şou-biznes

Xanım müğənnimiz şəhid ailələrindən üzr istədi

1 Avqust 2014 17:00
4 Şərh     Baxış: 4 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc müğənni Zarina Məmmədova bu səhər efirə çıxdığı üçün şəhid ailələrindən üzr istəyib. Milli.Az-ın məlumatına görə, ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:


"İnsanları qınamaq çox asandı. Özlərini həmin insanın yerinə qoysunlar, o zaman nə baş veridiyini anlayarlar. Səhər efiri olduğuna görə səhər tələsik evdən çıxmışam, xəbər oxumağa vaxtım olmayıb. Nə verilişdən əvvəl, nə veriliş ərzində əsgərlərimizin şəhid olması haqda heç bir məlumatım olmayıb.  Verilişdən çıxıb evə gələndən sonra bu haqda xəbər tutmuşam. Mən azərbaycanlıyam. Heç bir azərbaycanlı bu xəbəri bilib verilişdə ritmik mahnı oxumaz, oynamaz, gülməz, danışmaz. Bilmədən efirə çıxmışam, mənim heç bir günahım yoxdur. Bütün ailəsində itki baş verən şəhid ailələrindən üzr istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin. Vətən sağ olsun. Allah qalan bütün əsgərlərimizi qorusun. Bu olanlara mən də çox üzülürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.