Şou-biznes

Bakıda prestijli gözəllik yarışmasının finalı keçiriləcək

1 Avqust 2014 11:25
Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın ilk və ən prestijli gözəllik yarışması sayılan "Miss Globe International"ın 89-cu finalı 23 avqust 2014-cü il tarixində reallaşacaq. "Khazar islands"ın baş sponsorluğu ilə baş tutacaq müsabiqənin keçiriləcəyi məkan 25000 tamaşaçı zalı olan "Crystal Hall"dur.
Müsabiqədə Azərbaycan da daxil olmaqla dünyanın 120 ölkəsindən təmsilçilər iştirak edəcəklər. Bundan başqa, müsabiqəyə rəng qatmaq üçün dünyaca məhşur olan müğənni İNNA, Türkiyənin tanınmış müğənniləri Demet Akalın, Gökhan Özən, eləcə də rəqqasə Asena, repçi Kaan Gülsoy, Rusiyanın tanınmış müğənnisi Lolita səhnəni paylaşacaqlar. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycanın, eləcə də dünyanın bir neçə tanınmış simaları əyləşəcəklər. Müsabiqənin aparıcısı Türkiyənin tanınmış aparıcı və aktrisası Burcu Əsmərsoy olacaq.
 
Ölkələrini təmsil edəcək gözəllər avqust ayının 13-ü Bakıya təşrif buyuracaqlar. İştirakçılar Emerald Hoteldə qalacaqlar. Müsabiqəyə qədər gözəllər günlük plan üzrə Azərbaycanın bir neçə tarixi və turistik yerləri, eləcə də milli mətbəximizlə tanış olacaqlar.
 
Yarışmaçıların və müsabiqə qrupunun gündəlik geyimləri Waggon Paris Magazalar şəbəkəsi tərəfindən təmin ediləcək.
 
Avqustun 21-i gözəllər Sədərəkdə yerləşən FEMINA xəz-dəri qalereyasını ziyarət edəcəklər. Ziyarət zamanı qalereyada düzənlənəcək defilədə iştirak edən gözəllərin arasından MISS COSMOPOLITAN gözəli seçiləcək.
 
23 avqustda baş tutacaq müsabiqə saat 18:00-dan qırmızı xalıdan keçidlə başlayacaq. Müsabiqə saat 21:00-da möhtəşəm rəqs şousu ilə başlayacaq. Müsabiqə canlı olaraq 70-dən artıq ölkənin telekanalında yayımlanacaq. Azərbaycanda müsabiqənin yayım haqqı ATV-yə məxsusdur.
 
Birinci yeri qazanacaq qalibin başına qoyulacaq brilyant daş-qaşlarla bəzənmiş tacın qiyməti 150000 dollar dəyərindədir.
 
Müsabiqə RCA Global Entertainment şirkəti Z Company tərəfindən həyata keçirilir.
Möhtəşəm müsabiqənin biletləri artıq şəhərin bütün kassalarında satışdadır.
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.